PKK/YPG terror təşkilatı dinc əhalini hədəf alıb
Türkiyə Suriyanın
şimalında xalqın həyat standartını yaxşılaşdırmağa çalışdığı halda, insanlıq
düşməni olan PKK/YPG terror təşkilatı günahsız vətəndaşlara hücumlar təşkil edərək
bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır. Qanla
qidalanan PKK/YPG terror təşkilatı "Sülh Çeşməsi” əməliyyatının keçirildiyi
bölgədə və yurd içinde 9 oktyabrdan bəri 45 mülki şəxsi öldürüb, 244 nəfəri
yaralayıb.
Türkiyə Müdafiə
Nazirliyinin rəsmi "twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı
Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf
alınmadığı vurğulanaraq qeyd edilib ki, 9 oktyabrdan bu yana "Sülh Çeşməsi” əməliyyatının
keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf
alındığı partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror
aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb: "Ölkə
daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız
öldürülüb,189 vətəndaşımız yaralanıb”.
Kaspi.az