• cümə, 26 Aprel, 08:19
  • Baku Bakı 12°C

PKK silahlıları İstanbulda hərbçiləri atəşə tutdu

30.07.15 16:36 1170
PKK silahlıları İstanbulda hərbçiləri atəşə tutdu
Bu gün Türkiyənin Şırnak əyalətində PKK silahlılarının 3 hərbçini qətlə yetirməsindən sonra daha bir silahlı hücum İstanbulda qeydə alınıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, yerli saatla 12.30 radələrində Maltəpə həbsxanasının da yerləşdiyi Hərbi Mühafizə Taboruna atəş açılıb. Hadisə yerinə dərhal çoxlu təhlükəsizlik qüvvələri gətirilib. Ərazidən xeyli giliz götürülüb.
PKK hücumu zamanı ölən və ya xəsarət alan olmasa da, olayın İstanbulda baş verməsi böyük əks-sədaya səbəb olub.
Hadisənin PKK üzvləri tərəfindən törədildiyi hələlik rəsmən bəyan edilməyib.
banner

Oxşar Xəbərlər