• çərşənbə axşamı, 23 aprel, 18:50
  • Baku Bakı 20°C

PKK İstanbulda polis bölməsi və ABŞ konsulluğuna hücum etdi: ölən və yaralananlar var - Yenilənib

10.08.15 11:09 1307
PKK İstanbulda polis bölməsi və ABŞ konsulluğuna hücum etdi: ölən və yaralananlar var - Yenilənib
İstanbulda ABŞ-ın konsulluğuna silahlı hücum edilib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sarıyerdə səmtində şəxsiyyəti məlum olmayan iki nəfər ABŞ-ın İstanbuldakı konsulluğuna atəş açıb. Hadisəyə polis müdaxilə edib. Terrorçular hadisə yerindən qaça bilib.
**
10:27
Partlayıcı quraşdırılmış avtomobil polis bölməsində partladılıb
İstanbulda polis bölməsinə silahlı hücum olub.
APA-nın xəbərinə görə, bu gecə yerli vaxtla saat 01.00 radələrində partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücumçulara cavab atəşi açıblar.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.
Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.
İstanbul Polis İdarəsinin yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, ikisi polis əməkdaşı, yeddisi mülki şəxsdir.
banner

Oxşar Xəbərlər