• cümə, 26 Aprel, 22:17
  • Baku Bakı 22°C

PKK-çının heykəli qarşıdurma yaratdı, 1 nəfər öldü - Türkiyədə

19.08.14 12:39 884
PKK-çının heykəli qarşıdurma yaratdı, 1 nəfər öldü - Türkiyədə
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər məhkəmə qərarı əsasında heykəli götürmək istəyən hüquq-mühafizə orqanlarının əməkdaşlarına PKK tərəfdarları mane olmaq istəyib. Baş verən toqquşmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Əsgərlər müqavimətə baxmayaraq, heykəli postamentdən götürüblər.
Qeyd edək ki, Diyarbəkirin Licə rayonunun Yolaçtı kəndi ərazisində 1 il əvvəl Türkiyə ordusu ilə döyüşlərdə ölən PKK terrorçuları üçün məzarlıq düzəldilib. Dörd gün əvvəl isə həmin məzarlıqda məşhur terrorçu Mahsum Korkmaza abidə ucaldılıb. M. Korkmaz PKK-nın 1984-cü ildə həyata keçirdiyi ilk terror hücumlarının iştirakçısı olub.
banner

Oxşar Xəbərlər