AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pişik Günel: “Dodaq mənimdir özüm bilərəm nə edərəm...“

Pişik Günel: “Dodaq mənimdir özüm bilərəm nə edərəm...“

Mədəniyyət
06 Noyabr 2013, 13:43 3065
Şou-biznesin “pişiyi” adlandırılan müğənni Günel Ələkbərova özü barəsində son günlər yayılan xəbərlərə cavab verib. Aznews.az-a istinadən müsahibəni təqdim edirik.

- Günel, deyirlər xristianlığı qəbul etmisiniz. Doğrudur?

- Bu məlumatlar məni dəli eləyir. Onu yazanın özüdür xristian. Əlhəmdülillah, mən müsəlmanam. Dinim haqqında kimsə bir söz deyə bilməz. Sübutum da var: evimdə də, maşınımda da "Quran" saxlayıram.

- Əməliyyat olunmağınızla bağlı deyilənlər də yalandır?

- Yox, bu, yalan deyil. Əməliyyat olunmuşam. Amma bununla bağlı da hərə bir söz deyir. Mən əməliyyat etdirib, dodaqlarımdakı silikonu çıxartmışam. Amma gah yazırlar burnumu əməliyyat etdirmişəm, gah da yazırlar üzümü. Mənə zəng etmədən bu fikirləri yazmaq olmaz.

- Bəs deyirdiniz öz dodaqlarımdır, mən sliikon etdirməmişəm?

- Yox, sadəcə, söz-söhbətlərdən bezmişdim. Əsəbiləşib yalandan dedim öz dodaqlarımdır. Bir də ki, dodaq mənimdir özüm bilərəm nə edərəm. Mən müğənniyəm daim şarmlı, gözəl görünməliyəm. Bir də ki, mahnılarım qalıb üst –başımdan, dodaqlarımdan, şəkillərimdən danışırlar. Amma bir şeyi etiraf edim ki, uşaq olmuşam. İndiki ağlım olsaydı, heç bir vaxt nə o şəkilləri çəkdirərdim, nə də ki, dodaqlarımı silikon etdirərdim.