• cümə axşamı, 18 aprel, 19:09
  • Baku Bakı 21°C

Pirlo analizlə məşğul olacaq

24.07.18 12:40 550
Pirlo analizlə məşğul olacaq
"Milan” və "Yuventus”un əfsanəvi futboloçusu Andrea Pirlo bekarçılığın daşını atıb.
Kaspi.az xəbər verir ki, Pirlo bundan sonra ekspert kimi fəaliyyət göstərəcək. O, "Sky Sports” telekanalı ilə anlaşıb.
Pirlo İtaliya A seriyasının oyunlarını analiz edəcək. Andreanın işləyəcəyi qrupda Canluko Vialli, Fabio Kapello, Alessandro del Pyero, Esteban Kambyasso da var.
Pirlo karyerasını 2017-ci ildə bitirib. Onun sonuncu klubu "Nyu-York Siti” olub. DÇ-2006-da çempion olan Andrea 6 dəfə skudettonu qazanıb, 2 dəfə də Çempionlar Liqasında qalib gəlib.
banner

Oxşar Xəbərlər