• cümə, 29 Mart, 02:14
  • Baku Bakı 7°C

Piratlar məşhur kluba çatacaq vəsaiti oğurladılar

27.05.19 12:30 570
Piratlar məşhur kluba çatacaq vəsaiti oğurladılar
Argentinada Leonardo Paradesin "Zenit”dən PSJ-yə keçidi ilə bağlı yaranan qalmaqal araşdırılır.
Kaspi.az xəbər verir ki, qaydalara görə, Paradesin transferindən əldə olunan vəsaitin bir qismi onu yetişdirən kluba – "Boka Xuniors”a çatmalıdır. PSJ bunun üçün ilk mərhələdə mart ayında Argentina nəhənginin hesabına 520 min avro ödəməli idi.
Pul ödənilsə də, klubun hesabına oturmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu vəsait Nyu-Yorkdakı hesab vasitəsilə Meksikada olan hesaba köçürülüb. İlkin məlumata görə, vəsait internet-piratlar tərəfindən oğurlanıb.
Araşdırma davam etdirilir. Parades PSJ-yə bu ilin yanvarında keçib. Paris klubu onun üçün 47 milyon avro ödəyib.
banner

Oxşar Xəbərlər