• şənbə, 27 Aprel, 01:13
  • Baku Bakı 14°C

Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır

21.07.18 14:22 467
Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
Pirallahı rayonunda 300 məcburi köçkün ailəsi üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə start verilib. Burada doqquzmərtəbəli üç yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi nəzərdə tutulub. Bu barədəAZƏRTAC-a Pirallahı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Səməd Vurğun küçəsində 3 hektar ərazidə inşa olunacaq məhəllədə ilkin hazırlıq işləri görülür. Hazırda təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Tezliklə tikinti işlərinə başlanılacaq.
banner

Oxşar Xəbərlər