• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

Pirallahıda içməli su təchizatı layihəsinin açılışı olub - Fotolar

21.07.17 12:40 1726
Pirallahıda içməli su təchizatı layihəsinin açılışı olub - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevBakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə prezidentİlham Əliyevə minnətdarlıq edib.
Sonra Azərbaycan prezidenti "Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov prezidentİlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.
Prezidentİlham ƏliyevPirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.








banner

Oxşar Xəbərlər