• cümə, 19 Aprel, 03:22
  • Baku Bakı 18°C

Pilot: Formula 1-in Bakı mərhələsi xeyli sürpriz bəxş edəcək

16.06.16 16:00 2030
Pilot: Formula 1-in Bakı mərhələsi xeyli sürpriz bəxş edəcək
"Formula 1" yarışının Bakı mərhələsi xeyli sürpriz bəxş edəcək.
Trend-in məlumatına görə, bunu Bakıda "Formula 1" Avropa Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında "Red Bull" komandasının pilotu Maks Ferstappen deyib.
Onun sözlərinə görə, uzun düz yolun və sərt döngələrin olduğu tars olduqca mürəkkəbdir: "Fikrimcə, bu, xeyli sürpriz bəxş edəcək. Buna biz və digər komandalar da hazır olmalıdır".
Pilot qeyd edib ki, Bakıya ilk dəfədir gəlir və şəhərin memarlığı və ab-havası onda xoş təəssürat yaradıb: "Atam Bakıda GT yarışlarında iştirak edib və şəhər haqqında yaxşı rəyi olub, buna görə də bura gələrək yarışmaq mənə çox maraqlıdır".
banner

Oxşar Xəbərlər