AZE | RUS | ENG |

Pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək

Pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək
Martın 14-dən 18-dək Fransada (Anmas) və İsveçrədə (Cenevrə) pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Fransa hökumətinin iştirakı ilə yüksək səviyyədə təşkil edilən müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun üzvü Loran Petijirar, münsiflər heyətinin sədri Fransada yaşayan həmvətənimiz Adilə Əliyevadır.

Müsabiqə peşəkar pianoçular (təvəllüd tarixi 01.01.1973 – 31.12.1996-cı illər) və gənc pianoçular (təvəllüd tarixi 01.01.1997 – 31.12.2004-cü illər) kateqoriyalarında keçiriləcək. Sənədlər martın 1-dək qəbul edilir. Müsabiqənin ümumi mükafat fondu 26 min avro, o cümlədən Qran-pri 15 min avrodur.

Müsabiqə haqqında geniş məlumatı http://sbam.yolasite.com saytından əldə etmək olar.

Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. O, 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000