• cümə, 29 Mart, 05:11
  • Baku Bakı 7°C

Pianoçu Səidə Zülfüqarova Parisdə solo konsert verəcək

04.05.17 11:10 1588
Pianoçu Səidə Zülfüqarova Parisdə solo konsert verəcək
Tanınmış pianoçu Səidə Zülfüqarova mayın 14-də Parisdə solo konsert proqramı ilə çıxış edəcək.
Konsertdə Lüdovik van Bethovenin, Sergey Prokofyevin və Cövdət Hacıyevin əsərləri səsləndiriləcək.
Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb.
banner

Oxşar Xəbərlər