• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Pianoçu Elçin Şirinov Bakıda konsert verəcək

18.06.19 15:30 997
Pianoçu Elçin Şirinov Bakıda konsert verəcək
İyunun 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Əməkdar artist, pianoçu Elçin Şirinovun caz kvarteti konsert proqramı ilə çıxış edəcək.
AZƏRTACxəbər verir ki, Goethe-Zentrum Bakının təşkilatçılığı ilə reallaşacaq konsertdə populyar caz-hitlər səsləndiriləcək.
Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.
banner

Oxşar Xəbərlər