AZE | RUS | ENG |

PFL prezidenti İstanbula tibbi müayinəyə yollanıb

PFL prezidenti İstanbula tibbi müayinəyə yollanıb
Aslan Şahgəldiyev: “Hər hansı bir klubun cəzalandırılmasının Ramin Musayevə heç bir aidiyyatı yoxdur”


“Ramin Musayev əməliyyat olunduqdan sonra artıq 3-cü dəfədir ki, Türkiyədə müayinədən keçir. Dünənki “Qalatasaray” –“Real Madrid” oyununu da o, həmin vaxt İstanbulda olduğu üçün izləyib”. Bu açıqlamanı Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev verib. Ramin Musayev İstanbulda olduğu vaxt AFFA İntizam Komitəsi “Neftçi”yə 33200 manat cərimə kəsib, komandanın baş məşqçisi Böyükağa Hacıyevi 10, məşqçi Bəxtiyar Musayevi 5 oyunluq diskvalifikasiya edib. Şahgəldiyev isə bildirib ki, hər hansı klubun AFFA İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalmasının PFL prezidenti Ramin Musayevə aidiyyatı yoxdur: “Hətta müayinədən keçmək üçün yox, sırf oyuna baxmaq üçün də Ramin müəllimin İstanbula getməsində qəbahətli bir şey görmürəm. Burada kimsə kef eləmir, sadəcə olaraq bütün Türk dünyası üçün maraqlı olan oyunu izləyir. Hər hansı bir klubun İntizam Komitəsi tərəfindən cəzalandırılmasının Ramin Musayevə heç bir aidiyyatı yoxdur”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805