• şənbə, 27 Aprel, 03:31
  • Baku Bakı 14°C

Peyvəndin buster dozası orqanizmin virusa qarşı qoruyuculuğunu artırır

15.10.21 15:26 232
Peyvəndin buster dozası orqanizmin virusa qarşı qoruyuculuğunu artırır
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən buster doza qüvvətləndirici doza deməkdir. Qəbul edilmiş 2 doza peyvəndin qoruyuculuğu maksimum səviyyəyə çatdıqdan sonra zaman keçdikcə azalmağa başlayır. Buster doza ilə peyvəndlənən zaman isə orqanizmin virusa qarşı qoruyuculuğu artır. Qüvvətləndirici doza vaksinasiyanın hər iki mərhələsində iştirak etmiş şəxslərə məsləhət görülür, xüsusilə də risk qrupuna daxil olan vətəndaşlara tövsiyə olunur. Risk qrupuna tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar, yanaşı xroniki xəstəliklərdən əziyyət çəkənlər və ümumiyyətlə xəstəliyi ağır keçirmə riski və immun sistemi zəif olan hər kəs aiddir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli deyib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19 əleyhinə istifadə olunan peyvəndlərin yan təsirlər az hallarda müşahidə edilir: "Buster dozadan sonra yaranan simptomlar birinci və ikinci doza peyvəndlərdən sonra rast gəlinən əlamətlərdən fərqlənmir. Qısa müddətli temperatur yüksəlməsi, üşütmə, peyvənd olunan nahiyədə yerli ağrı, əzələ və baş ağrıları, ishal kimi simptomlar ola bilər. Onu da qeyd edim ki, hazırda üçüncü dozanın effektivliyi bir çox elmi araşdırmalarda təsdiqini tapıb. Onu da qeyd edim ki, bir müddət sonra 3-cü dozanın da effektivliyinin azalması müşahidə olunarsa, 4-cü dozanın müzakirəsi aktuallaşa bilər. Hazırda 4-cü doza peyvənd olunanlarda da heç bir fərqli yan təsir müşahidə edilməyib".
S.Xəlillinin sözlərinə görə, xroniki xəstəliyi olan, yəni risk qrupuna aid yeniyetmələr də buster doza ilə peyvəndlənə bilərlər: "Ümumilikdə 2 doza peyvənd olunmuş və üzərindən 5 ay keçmiş bütün şəxslərin, xroniki xəstəliyi olanların, yüksək risk şəraitində yaşayan və işləyən vətəndaşların ( tibb işçiləri, ictimai yerlərdə və ya xidmət sektorunda çalışanlar və s.) buster doza ilə peyvənd olunması tövsiyə olunur".
banner

Oxşar Xəbərlər