• cümə axşamı, 25 aprel, 14:22
  • Baku Bakı 23°C

Peyğəmbərin karikaturalarını çap etdiyinə görə “Nobel”ə namizəd oldu

05.02.15 05:48 824
Peyğəmbərin karikaturalarını çap etdiyinə görə “Nobel”ə namizəd oldu
Məhəmməd peyğəmbərin karikaturalarını ilk dəfə çap edən qəzetin redaktoru Nobel mükafatına namizəd göstərilib
Məhəmməd peyğəmbərin karikaturalarını çap etmiş Danimarkanın “Jyllands-Posten” qəzetinin redaktoru Fleminq Rouz Nobel sülh mükafatının nominantlarından biri olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, F. Rouzun namizədliyini Norveç parlamentinin üzvü Maykl Tetzşner irəli sürüb. “Mükafatın söz azadlığının yorulmaz müdafiəçisinə verilməsi onu göstərəcək ki, dinc insanlara amansız hücumlarla bu azadlığı tapdamaq istəyənlər heç vaxt uğura nail ola bilməyəcəklər”, - deyə o, söyləyib.
Qeyd edək ki, “Jyllands-Posten” qəzetinin 2005-ci il 30 sentyabr tarixli sayında Məhəmməd peyğəmbərin 12 karikaturası dərc olunub. Bu, islam dünyasına böyük etirazlara səbəb olub, dünyanın bir çox yerində kütləvi aksiyalar keçirilib.
banner

Oxşar Xəbərlər