• şənbə, 20 Aprel, 20:29
  • Baku Bakı 24°C

Petr Çex meydana qayıdır

13.12.20 15:08 674
Petr Çex meydana qayıdır
Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.
Apasport.az saytının məlumatına görə, hazırda "Çelsi”nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.
Klubun U-23 komandası sabah "Tottenhem”lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb.
Qeyd edək ki, Çex 2004-15-ci illərdə "Çelsi”də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb.
banner

Oxşar Xəbərlər