• cümə, 26 Aprel, 13:46
  • Baku Bakı 23°C

Peterburqda terrorda ölən və yaralanan azərbaycanlılar Rusiya vətəndaşıdır

04.04.17 13:40 1108
Peterburqda terrorda ölən və yaralanan azərbaycanlılar Rusiya vətəndaşıdır
Sankt-Peterburqda terror aktı nəticəsində ölən Dilbər Əliyeva Rusiya vətəndaşıdır.
Bu barədəAPA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.
O, Dilbər Əliyevanın dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasına çatdırıldığını deyib: "Təəssüf olsun ki, soydaşımız həyatını itirib".
D. Əliyevanın əslən Azərbaycanın Gəncə şəhərindən olduğunu qeyd edən diplomat bildirib ki, o, Rusiya vətəndaşıdır.
S. Qasımov terror aktı nəticəsində yaralanan soydaşımız Vəliyev Zaur Müşfiq oğlunun xəstəxanada olduğunu bildirib: "Zaur Vəliyevin də əsli Gəncədəndir. O da Rusiya vətəndaşıdır. Hazırda Z. Vəliyev İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyə şöbəsində müalicə olunur".
Qeyd edək ki, dünən Sank-Peterburq metrosunda partlayış törədilib. Son məlumata görə, partlayış nəticəsində 11 nəfər həlak olub, 51 nəfər yaralanıb.
banner

Oxşar Xəbərlər