AZE | RUS | ENG |

Peskov: "Tramp-Kim görüşünü alqışlayırıq"

Peskov:
"ABŞ prezidenti Donald Tamp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda keçirilən görüşü yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 
 
"Bu görüşün nəticələrini substantiv olaraq hələ analiz etmək lazımdır. Lakin görüşün özünün baş tutması faktını ancaq alqışlamaq olar. Sözsüz ki, belə görüşlər nəticəsi necə olur olsun, yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır. Bu da məmnunluq oyatmaya bilməz", - deyə Peskov vurğulayıb.
 
Kreml sözçüsü qeyd edib ki, görüş faktı Rusiya tərəfinin və prezident Vladimir Putinin haqlı olduğunu göstərir, çünki Moskva Koreya probleminin nizamlanmasının diplomatik metodunun alternativinin olmadığını, yeganə mümkün yolun birbaşa dialoq yolu olduğunu demişdi. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000