• cümə, 19 Aprel, 14:48
  • Baku Bakı 25°C

Peskov: "Tramp-Kim görüşünü alqışlayırıq"

13.06.18 12:35 484
Peskov: "Tramp-Kim görüşünü alqışlayırıq"
"ABŞ prezidenti Donald Tamp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda keçirilən görüşü yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu görüşün nəticələrini substantiv olaraq hələ analiz etmək lazımdır. Lakin görüşün özünün baş tutması faktını ancaq alqışlamaq olar. Sözsüz ki, belə görüşlər nəticəsi necə olur olsun, yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır. Bu da məmnunluq oyatmaya bilməz", - deyə Peskov vurğulayıb.
Kreml sözçüsü qeyd edib ki,görüş faktı Rusiya tərəfinin və prezidentVladimir Putinin haqlı olduğunu göstərir, çünki Moskva Koreya probleminin nizamlanmasının diplomatik metodunun alternativinin olmadığını, yeganə mümkün yolun birbaşa dialoq yolu olduğunu demişdi.
banner

Oxşar Xəbərlər