Peskov: Putin və Tramp G-20 sammitində görüşə bilər
Rusiya prezidentiVladimir Putinvə ABŞ prezidenti Donald Tramp bu ilin iyulunda Hamburqda G-20 sammitində görüşə bilər.
APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov CNN telekanalına müsahibəsində bildirib.
D. Peskov görüşün daha tez baş tutmasını da istisna etməyib.