• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür

16.06.19 12:00 504
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
Hazırda orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri aparılır.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Son illər ərzində Təhsil Nazirliyi tərəfindən tam orta təhsil səviyyəsində müxtəlif istiqamətlər üzrə təmayülləşmə layihələrinin həyata keçirildiyini xatırladan C.Bayramov qeyd edib ki, növbəti ildən yeni istiqamət olaraq tam orta təhsil səviyyəsində peşəyönümlü təmayüllü siniflərin yaradılması nəzərdə tutulur:"Bu istiqamət üzrə hədəfimiz odur ki, Azərbaycanın müxtəlif bölgələrindəki 20 məktəbdə peşəyönümlü siniflər yaradaq. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Ümid edirik ki, sentyabrdan orta məktəblərdə bu layihənin də icrasına başlanacaq”.

Nazir hesab edir ki, peşəyönümlü təmayüllərin yaradılması şagirdlərin tam orta təhsil səviyyəsinə cəlbinə müsbət təsir edəcək. Bu, eyni zamanda, məzunların gələcəkdə əmək bazarına daha asan inteqrasiyasını da təmin edəcək.
Hazırda işəgötürənlərlə birgə bununla bağlı müzakirələrin aparıldığını deyən C.Bayramov bildirib ki, işəgötürənlərin əmək bazarına olan tələbatı və onların ehtiyac duyduqları ixtisaslar üzrə gözləntiləri öyrənilir.

banner

Oxşar Xəbərlər