• şənbə, 20 Aprel, 09:31
  • Baku Bakı 14°C

Peşəkar futbolçu azarkeşlərlə problem yaşamamalıdır

09.11.13 10:12 1423
Peşəkar futbolçu azarkeşlərlə problem yaşamamalıdır
- Topaz Premyer Liqasında geridə qalan 12 turu necə qiymətləndirə bilərsiz?
- Düzünü deyim ki, çempionatın səviyyəsi yüksəlir. Əvvəllər favoritlər autsayderlərdən aşkar şəkildə fərqlənirdi. İndi isə oyunların necə başa çatacağını öncədən müəyyənləşdirmək çətinləşib. Oyunlar daha maraqlı keçir. Yeganə problem azarkeşlərin azlığıdı. Məsələn, "Neftçi" - "Xəzər Lənkəran" matçında qonaq azarkeşləri stadiona buraxmadılar. Bu, yaxşı hal sayıla bilməz. Amma çempionatımızda ildən-ilə inkişaf hiss olunur.
- Sizcə, azarkeşlərin stadiona gəlməsi üçün nə etmək lazımdı?
- Buna birdən-birə nail olmaq mümkünsüzdü. Bu, uzun və çətin yoldu. İlk növbədə buna yaxşı oyunla nail olmağa çalışmaq lazımdı. İkincisi, futbolçular öz işlərinə peşəkarcasına yanaşmalıdılar. Məsələn, hesabda öndə olan komandalarımız dərhal vaxt öldürməyə çalışırlar. Bunu görən azarkeş həmin oyunlara gəlmək istəməz. Üstəlik, bizim çempionatda çıxış edən futbolçular həddən artıq çox qazanırlar. Bəzi klublarımız külli miqdarda pul ödədiyi legionerləri ehtiyatda saxlayır. Halbuki, həmin pulları uşaq, gənclər futbolunun inkişafına ayırsalar, gələcəkdə bunun daha çox xeyrini görmüş olardılar.
- Son vaxtlar azarkeşlərlə bəzi futbolçular arasında söz davası da dəb halını alıb. Mahir Şükürovun "Qəbələ", Elnur Allahverdiyevin "Qarabağ" fanatları ilə son dövrlərdəki münasibətləri ürəkaçan deyil...
- Bu uşaqlar hər oyuna çox emosionlar yanaşırlar. Həm Mahir, həm də Elnur yaxşı futbolçulardı. Onlar başa düşməlidilər ki, futbolu azarkeşlər üçün oynayırlar. Onlarsız bu, futbol deyil. Amma bu futbolçuların xarakteri elədi ki, onlar hər hansı bir söz və ya kobudluq görən kimi, buna emosional cavab verirlər. Peşəkar futbolçu azarkeşlərlə belə problemlər yaşamamalıdı.
- Premyer Liqadakı klublardan hansının oyununu bəyənirsiz?
- Konkret demək çətindi. Çünki heç bir komanda sabit oyun sərgiləmir. "Qarabağ"ı qeyd etmək olar. Son 4 turda Avropa səviyyəli futbol oynayır. "Qəbələ"ni qeyd edərdim. "Netçi" də bəzi oyunlarını yaxşı keçirib. Amma bütün klublarımızda sabitlik çatışmır.
- 13-cü turun oyunlarından sonra yığmamız Estoniya vı Qırğızıstanla yoldaşlıq görüşlərinin hazırlığına baaşlayacaq. Sizcə, bu oyunlarda əsas məqsəd nəticə qazanmaqdı, yoxsa futbolçuları yoxlamaq?
- Belə oyunlar nə qədər çox olsa, bizim üçün də bir o qədər yaxşıdı. Yığma mövsümü artıq başa çatır. Yeni futbolçuları da yoxlamaq olar. Nəticə barədə nəsə demək çətindi.
- Bu iki oyun Berti Foqts üçün sonuncu olacaq. Onun millimizdəki fəaliyyətini necə qiymətləndirə bilərsiz?
- Hamımızın Foqtsun xarakterini yaxşı bilirik. O, Azərbaycan üçün çox iş gördü. Onun rəhbərliyi altında rekord xal yığdıq. Amma biz yığmamızdan istədiyimiz oyunu görə bilmədik. Mən millimizin oyununun daha baxımlı olmasını istəyirəm. Hücum etmədən nəticə qazanmaq çox çətindi.
- Sizcə, yığmaya əcnəbi baş məşqçi gəlməlidi, yoxsa yerli?
- Şəxsən mən yerli mütəxəssislərin tərəfdarıyam. Amma AFFA millini əcnəbi mütəxəssisə tapşırmaq istəsə, deməli, elə lazımdı. İndi yığma üçün hər cür şərait yaradırlar. Komandamızın daha yaxşı çıxış etməsi üçün əvvəlki kimi çoxlu problemlər yoxdu.
banner

Oxşar Xəbərlər