• şənbə, 20 Aprel, 15:07
  • Baku Bakı 23°C

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

15.11.17 16:31 1286
Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir
Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
banner

Oxşar Xəbərlər