• çərşənbə axşamı, 23 aprel, 13:37
  • Baku Bakı 24°C

Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb

17.01.18 18:48 2022
Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb
Azərbaycan prezidentiİlham Əliyevdövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olanişçilərin isə əməkhaqlarının artırılması haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabinetinə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.

Diaqnostik qiymətləndirmədən sonraTəhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulacaq.

Sərəncam 2018-ci il yanvarın 1-dən tətbiq edilir.
banner

Oxşar Xəbərlər