AZE | RUS | ENG |


Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilib ki, Xızı Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək məktəbin tədris bazası olmamasına, istehsalat təcrübəsinin faktiki keçirilməməsinə baxmayaraq gözətçi, sürücü, paltarsaxlayan və ocaqçı kimi rəsmiləşdirilən artıq ştat vahidlərinə, əlavə tarifləşdirilmiş dərs saatları verilən, əvəzçiliklə işləyən, habelə şagirdlərin davamiyyəti olmadığı halda qrup jurnallarında əsassız olaraq rəsmiləşdirilmiş pedaqoji işçilərə 47 min 971 manat məbləğində artıq əməkhaqqı ödənilib.
 
Həmin fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001