• çərşənbə, 24 Aprel, 22:07
  • Baku Bakı 23°C

Pərviz Həşimli əfv üçün prezidentə müraciət etdi

25.12.14 15:03 963
Pərviz Həşimli əfv üçün prezidentə müraciət etdi
Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib. Lent.az-ın bizimyol.info-ya istinadən xəbərinə görə, bu barədə jurnalistin həyat yoldaşı İlahə Həşimova məlumat verib.
O bildirdi ki, Pərvizlə yanaşı özü və qızı da prezidentə müraciət edir:
“5 yaşlı qızımız Zeynəb atasının yoxluğu ilə əlaqədar ciddi psixoloji travmalar keçirir. Bir neçə ay əvvəl qardaşım da qətlə yetirilib. Ailə başçımız da həbsdə olduğu üçün həm maddi, həm də mənəvi dururmumuz həddindən artıq ağırdır. İnanırıq ki, prezident Pərvizi əfv edəcək” – deyə İlahə Həşimova bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Yeni İldə veriləcək əfv fərmanı ilə bağlı münasibət bildirərkən demişdi ki, həbsdə olan iki jurnalist – Əvəz Zeynallı və Pərviz Həşimli əfv oluna bilər: “Məndə olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki, ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə etmirəm”.
Bildirək ki, hazırda həbsdə bir neçə jurnalist olsa da, onlardan yalnız ikisi – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və Pərviz Həşimli barəsində məhkəmə qərarı hüquqi qüvvəyə minib.
banner

Oxşar Xəbərlər