• cümə, 26 Aprel, 11:28
  • Baku Bakı 12°C

Pərviz Həşimli 8 il müddətə azadlıqdan məhrum edildi

15.05.14 10:23 1283
Pərviz Həşimli 8 il müddətə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
Prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib./apa/
banner

Oxşar Xəbərlər