• cümə, 29 Mart, 01:58
  • Baku Bakı 7°C

Millət vəkili Pərvin Kərimzdə: "Azərbaycanın güclü iqtisadi imkanları var"

06.08.19 11:09 10405
Millət vəkili Pərvin Kərimzdə: "Azərbaycanın güclü iqtisadi imkanları var"
"Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də inkişaf edib. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək, sosial dövlət modelinin ixracatçısına çevrilib”.
Bu barədə Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin (GDU) Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasında bildirib.
"Son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir"
Millət vəkili qeyd edib ki, iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub: "Məhz buna görə, iyulun 31-də Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirdə ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrin icra olunduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir”.
"Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub"
Deputatın sözlərinə görə, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır: "Ölkə rəhbərinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləriin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb. Kənd təsərrüfatında rekord göstərici əldə edilib, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verib. Ticarət dövriyyəsində də ürəkaçan nailiyyətlər əldə edilib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə əhalisinin gəlirlərinin 6,6 faiz artması isə vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinin, firavan həyatının təminatına çevrilib”.
Düşünülmüş islahatlar və müdrik qərarlar
Millət vəkili P.Kərimzadə deyib ki, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar ölkəmizin güclü iqtisadi imkanlarının olduğunu sübut edir. Onun fikrincə, bu gün sosial sahədə atılan addımların təməlində ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları dayanır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər