• cümə axşamı, 18 aprel, 19:43
  • Baku Bakı 21°C

Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

21.11.19 16:15 549
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
"Yarandığı vaxtdan qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük, zəngin və şərəfli yol keçib”.
Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, YAP mürəkkəb bir dövrdə yaranıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda cərəyan edən siyasi, ictimai və iqtisadi proseslərə, ölkədaxili mürəkkəb situasiyaya nəzər saldıqda belə bir qənaət ifadə etmək olur ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır: "1990-cı illərin əvvəlində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bunun fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi”.
Millət vəkili qeyd edib ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 27 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib.
"Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 750 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP böyük nailiyyətlərə imza atır. Bir sözlə, Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, partiyanın V Qurultayı çərçivəsində YAP-ın rəhbər strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla yanaşı, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verib. Xüsusilə də, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi YAP-ın daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən mötəbər hadisə olub.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ötən 27 ildə Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır”-deyə, P.Kərimzadə vurğulayıb.
banner

Oxşar Xəbərlər