AZE | RUS | ENG |

Pərvin Kərimzadə: Şəffaflıq və obyektivlik Azərbaycanda keçirilən seçkilərin başlıca şərtləridir

Pərvin Kərimzadə: Şəffaflıq və obyektivlik Azərbaycanda keçirilən seçkilərin başlıca şərtləridir
"Hər bir dövlətin inkişafında demokratik və şəffaf seçkilərin böyük əhəmiyyəti var. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Vətəndaşın dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə həyata keçirilir. Hakimiyyət məhz seçkilər vasitəsilə, seçicilərin razılığı ilə legitimlik qazanır".

Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin (GDU) elm və innovasiyalar üzrə prorektoru, tarix elmləri namizədi, dosent Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, şəffaflıq, ədalətlilik və obyektivlik ölkədə keçirilən seçkilərin başlıca şərtləri hesab edilir. "Seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsinə bariz nümunədir. Dünəninə, bu gününə, sabahına biganə qalmayan hər bir Azərbaycan vətəndaşı əmindir ki, 11 aprel seçkiləri yüksək səviyyədə keçiriləcək.

Milli Məclisin deputatı vurğulayıb ki, bu gün uğurla davam etdirilən milli inkişaf strategiyası nəticəsində Azərbaycanın regionda, dünya miqyasında mövqeyi möhkəmlənib: "Qlobal layihələrin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan regionda söz sahibinə çevrilib. Ona görə də Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslər beynəlxalq ictimaiyyət tərəfindən də maraqla izlənilir”.

"Regionda ilk dəfə məhz Azərbaycanda səsvermə prosesinin internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılıb. Seçkilərdə demokratiyanın təmin olunması həm də ölkəmizin beynəlxalq aləmdə, regionda mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir”, - deyə P.Kərimzadə vurğulayıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN