• çərşənbə axşamı, 23 aprel, 14:49
  • Baku Bakı 24°C

Pərvin Kərimzadə: “Ölkəmizin sabitliyi əbədi və daimidir”

07.07.18 18:18 1636
Pərvin Kərimzadə: “Ölkəmizin sabitliyi əbədi və daimidir”
"Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, ictimai-siyasi sabitliyi təmin etmiş, günü-gündən müasirləşən, beynəlxalq arenada söz sahibinə çevrilmiş ölkədir. Bu, islamofobiya adı altında qruplaşan qüvvələri narahat edir. Ona görə də ölkəmizin öz multikultural dəyərlərinə sahib çıxması fonunda məkrli niyyətli qruplaşmalara dəstək verən qüvvələr dini təhdidlər, çirkin kampaniyalar aparır”.
Bu barədə millət vəkili Pərvin Kərimzadə "Kaspi”yə açıqlamasında bildirib. Qeyd edib ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazovun silahlı hücuma məruz qalması da məhz belə məqsədli şəkildə, əvvəlcədən hazırlanmış terror aktlarından biridir: "Terror aktını törədən Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Rusiya Federasiyasının vətəndaşıdır. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, radikal meylli dindarların təsiri altına düşən Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb. O, bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Yunis Səfərov məkrli planını həyata keçirmək üçün asayişin keşiyində dayanan polis əməkdaşının həyatına qəsd edib. Tibb işçilərinin ciddi səyi nəticəsində həyati təhlükəni adlayan iki uşaq atası olan polis əməkdaşı məhz Yunis Səfərovun əməli nəticəsində hazırda əmək qabiliyyətini itirib. Sosial şəbəkələrdə belə əməllərin sahibinin, məqsədli şəkildə sui-qəsd həyata keçirən şəxsin bəziləri tərəfindən "milli qəhrəman” obrazınən yaradılması nə dərəcədə doğrudur? Asayişi qoruyan polis əməkdaşına xəsarət yetirən, dövlət məmurunun həyatına sui-qəsd edəni "milli qəhrəman” adlandırmaq olarmı?”.
Millət vəkili bildirib ki, Y.Səfərovun terror aktı törətməkdə əsas məqsədi ajiotaj, xaos, vahimə yaratmaqla, sabit ölkəmizin imicinə zərər vurmaq olub. Onun sözlərinə görə, Azərbaycan artıq güclü dövlətdir və bu terror aktının arxasında duranları ifşa etməyə, eyni zamanda bütün bu qüvvələrə cavab verməyə qadirdir.
banner

Oxşar Xəbərlər