• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Pərvin Kərimzadə: “İlham Əliyev siyasi sabitliyin, inkişafın qarantıdır”

09.02.18 16:30 2683
Pərvin Kərimzadə: “İlham Əliyev siyasi sabitliyin, inkişafın qarantıdır”
"Yeni Azərbaycan Partiyasının VI qurultayında tarixi qərar qəbul edildi, Azərbaycan xalqının istək və arzularının bir ifadəsi olaraq, Partiyanın Sədri, cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyi yenidən irəli sürüldü”.

Bu barədə Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, YAP yarandığı gündən fəaliyyətinin bütün istiqamətlərini milli maraqlar müstəvisində qurub. Məhz buna görə də YAP tərəfindən irəli sürülən namizəd birmənalı şəkildə xalqın istəyi ilə seçkiyə qatılır. Millət vəkilinin sözlərinə görə, bu amil YAP-ın namizədinin seçkidə yüksək dəstək əldə etməsini şərtləndirir: "Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev ölkə rəhbərlik etdiyi 15 ildə əldə olunan nailiyyətləri saymaqla qurtaran deyil. Bu müddət ərzində ölkəmizin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd etmək yetərli olar”.

Millət vəkili P.Kərimzadə deyib ki, Azərbaycan Prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün regionları kimi, Gəncə şəhəri də sosial və iqtisadi sahədə daha yüksək templə inkişaf edib, yeni uğurlara imza atıb: "Cənab İlham Əliyevin xeyir-duası ilə qısa zaman kəsiyində Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhərin ən ucqar nöqtələri, yaşayış sahələri, qəsəbələri hamının gözü önündə dəyişərək, yeni görkəm alıb. Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olub”.

Millət vəkili P.Kərimzadə bildirib ki, gəncəlilər Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirlər: "Bütün Azərbaycan xalqı kimi biz gəncəlilər də dövlət başçısı İlham Əliyevin yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük ümid, etimad göstərir, qarşıdan gələn prezident seçkilərində ölkə rəhbərini dəstəkləməyə hazır olduğumuzu bildiririk. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən müdafiə olunması ölkədə intibahın, siyasi sabitliyin, əmin-amanlığın və inkişafın qarantıdır”.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər