• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

Pərvin Kərimzadə: "2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı"

20.06.19 16:07 760
Pərvin Kərimzadə: "2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı"
"2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan 2019-cu ilin ilk ayında atılan addımlar, imzalanan fərman və sərəncamlar insan amilinin ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq etdi”.
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi xalqımızın tarixinə düşdüsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı.
Deputat söyləyib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamı ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etdi.
P.Kərimzadə vurğulayıb ki, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də təsdiq etdi ki, ölkəmizin güclü iqtisadi imkanları var: " Bu gün sosial sahədə atılan addımların təməlindəUlu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları dayanır”.
banner

Oxşar Xəbərlər