• cümə axşamı, 25 aprel, 01:30
  • Baku Bakı 19°C

Perunun müdafiə naziri səfər zamanı qəflətən ölüb

25.06.19 10:15 371
Perunun müdafiə naziri səfər zamanı qəflətən ölüb
Perunun müdafiə naziri Xose Uerta Torres inspeksiya səfəri zamanı dünyasını dəyişib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 71 yaşlı nazir müşahidə postlarının yoxlamaq məqsədi ilə səfər gəldiyi Amasonas regionunda ürək tutmasından ölüb.
Bildirilir ki, yoxlanış zamanı nazir huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Təcili tibbi müdaxiləyə baxmayaraq, U.Torresi xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xose Uerta Torres 2018-ci ilin aprel ayında müdafiə naziri təyin edilib.
banner

Oxşar Xəbərlər