• şənbə, 20 Aprel, 18:57
  • Baku Bakı 24°C

Peruda jurnalistin yandırılmış meyiti tapılıb

04.03.17 10:20 1179
Peruda jurnalistin yandırılmış meyiti tapılıb
Perunun paytaxtı Limada jurnalistin yandırılmış meyiti tapılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 55 yaşlı Xose Yaktayonun meyiti bədəni parçalanmış və yandırılmış şəkildə çamadanda aşkarlanıb.
Jurnalistin fevralın 25-də itkin düşdüyü bildirilir. Son 12 ildə X.Yaktao müstəqil teleradio şirkətlərinin birində prodüser vəzifəsində çalışıb. Qətlin səbəbləri hələ ki, müəyyən edilməyib.
Perunun hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
banner

Oxşar Xəbərlər