• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Peru Konqresinin üzvü beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmağa çağırıb

26.02.17 16:30 738
Peru Konqresinin üzvü beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmağa çağırıb
Peru KonqresindəXocalısoyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Azərbaycanın Perudakı səfirliyindən "Report”a verilən məlumata görə, tədbirdə dostluq qrupunun üzvləri olan konqresmenlər, Türkiyənin Perudakı səfiri, Perunun ən nüfuzlu universitetlərinin rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Konqresin Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Felisiano Palomino Ortiz çıxış edib. O, uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün təhdid yaratdığını qeyd edib.
Bundan sonra Palomino Ortiz tədbir iştirakçılarına Xocalı qətliamı barədə məlumat verib. Eyni zamanda o, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini vurğulayıb.
D. Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qətiyyətlə pisləyib. Bununla yanaşı, konqresmen beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmağa və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.
Daha sonra Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Perunun Lima şəhərindəki ofisinin nümayəndəsi Mehdi Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü həmçinin ayrıca olaraq Xocalı qətliamı barədə ətraflı danışıb.
Tədbirdə Xocalı soyqırımı haqqında ispan dilində sənədli film nümayiş etdiriib.
Qeyd edək ki, tədbir Peru Konqresinin rəsmi internet səhifəsi həmçinin sosial şəbəkələrindəki səhifələrində işıqlandırılıb. Bundan əlavə, Perunun televiziya kanallarından birində tədbir barədə qısa məlumat verilib, habelə ölkənin ən nüfuzlu qəzeti olan "El Peruano”da Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.
banner

Oxşar Xəbərlər