• cümə axşamı, 28 mart, 20:32
  • Baku Bakı 13°C

Peresi məcbur edib ki, Zidana görə böyük məbləğ ödəsin

05.04.20 15:27 737
Peresi məcbur edib ki, Zidana görə böyük məbləğ ödəsin
"Yuventus”un sabiq baş direktoru Luçano Modci 2001-ci ildə Zidanın "Real”a transferi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Modci həmin vaxt Zidanın təzyiqi ilə üzləşdiklərini bildirib. O, "Real”ın prezidenti Florentino Peresi fransıza görə daha çox vəsait ödəməyə məcbur etdiyini də xatırladıb:
"Atalanta” ilə oyundan sonra Zidanla paltardəyişmə otağından çıxıdqı. O, kluba böyük təzyiq edirdi. Çünki "Real”a keçməyi çox istəyirdi.
Zidana dedim ki, Florentino Peresə çatdırsın ki, onu buraxmaq niyyətində deyiləm. Onda Peres başa düşdü ki, Zidana görə böyük məbləğ ödəməlidir. O isə bunu heç planlaşdırmamışdı”.
"Real” 2001-ci ildə Zidanın transferinə görə 73,5 milyon avro ödəmişdi.
banner

Oxşar Xəbərlər