• çərşənbə, 24 Aprel, 12:44
  • Baku Bakı 27°C

Peres Mendeşə tapşırdı - Ronaldoya yeni klub axtar

17.01.18 11:45 783
Peres Mendeşə tapşırdı - Ronaldoya yeni klub axtar
Kriştiano Ronaldo yayda "Real”ı tərk edə bilər.
Kaspi.az xəbər verir ki, "Real”ın prezidenti Florentino Peres futbolçunun oyunundan narazıdı və onun satılmasını istəyir. Bu barədə məlumatı "Diario Record” yayıb.
Məlumata görə, Peres futbolçunun agenti Jorje Mendeşlə görüşüb və ona Ronaldoya yeni klub tapmağı tapşırıb. Ronaldonun müqaviləsində göstərilir ki, onu almaq istəyən klub 1 milyard avro ödəməlidir.
Maraqlıdır, Ronaldoya görə bu qədər vəsait ödəyəcək klubun olacağına Peresdə inam hardandır? Kriştiano bu mövsüm keçirdiyi 14 oyunda cəmisi 4 qol vurub. Bu, onun son 9 mövsümdə göstərdiyi ən aşağı məhsuldarlıqdı.
banner

Oxşar Xəbərlər