• şənbə, 20 Aprel, 17:29
  • Baku Bakı 23°C

Peres Lopeteqini qovur, onu gətirir

29.10.18 10:30 568
Peres Lopeteqini qovur, onu gətirir
"Real”ın "el klasiko”da "Barselona”ya biabırçı hesabla (1:5) məğlub olmasından sonra baş məşqçi Xulen Lopeteqinin qovulacağına heç kim şübhə etmir.
Kaspi.az. xəbər verir ki, bu gün Lopeteqinin qovulacağı rəsmiləşə bilər. Gün ərzində "Real”ın direktorlar şurasının iclası keçiriləcək.
İclasda yeni baş məşqçinin də təyinatının gerçəkləşəcəyi bildirilir. Məlumata görə, Lopeteqini Antonio Konte evəz edəcək.
"Marca”nın yaydığı məlumata görə, Lopeteqi "Barselona” ilə oyundan sonra paltardəyişmə otağında "Real”ın futbolçuları ilə xudahafizləşib: "Hər ehtimala qarşı, sizinlə xudahafizləşirəm”.
Kontenin son iş yeri "Çelsi” olub. "Real” hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər