• cümə, 29 Mart, 16:03
  • Baku Bakı 14°C

Peplə hollandların münasibəti niyə pis olub?

20.02.18 13:40 764
Peplə hollandların münasibəti niyə pis olub?
"Barselona”nın sabiq futbolçusu Emmanuel Peti komandada çıxış etdiyi dövrü xatırlayıb.
Kaspi.az xəbər verir ki, Peti həmin vaxt "Barsa”nın kapitanı olan Qvardiola barədə də danışıb. O, Pepin komandanın holland futbolçuları ilə münasibətinin yaxşı olmadığını da vurğulayıb:
"Paltardəyişmə otağında Qvardiola ilə hollandiyalı futbolçular arasında fikir ayrılığı hökm sürürdü. Əsasən də siyasətə görə.
Biz olduqca istedadlı idik. Ancaq komandanın onurğası çox qoca idi. Meydandan kənarda da xeyli problemlərimiz olurdu. Mən "Barselona”da 30-a qədər oyun keçirdim və həmin mövsüm unudulmazdı”.
Peti "Barsa”da 2000/01 mövsümündə çıxış edib. Həmin vaxt komandada 6 holland futbolçu oynayıb.
banner

Oxşar Xəbərlər