• cümə, 29 Mart, 00:26
  • Baku Bakı 7°C

Pep “Real”la oyundan əvvəl nə deyib? - Alves açıqladı

02.06.17 13:40 941
Pep “Real”la oyundan əvvəl nə deyib? - Alves açıqladı
"Yuventus”un futbolçusu Dani Alves Xosep Qvardiola haqda danışıb.
Kaspi.az xəbər verir ki, Alves "Barselona”da rəhbərliyi altında çıxış etdiyi Pepə tərif yağdırıb. O, topsuz oynamağı məhz Qvardioldan öyrəndiyini vurğulayıb:
"Əgər kompüter deyəndə Stiv Cobs yada düşürsə, futbol da Qvardiola ilə assosiasiya olunur. "Real”a 5:0 hesabı ilə qalib gəldiyimiz oyundan əvvəl Pep mənə belə dedi: "Topla elə oyna ki, sanki yanan şardır. Hətta top yarım saniyə də özündə saxlama onda onlar sənə pressinq tətbiq edə bilməyəcəklər. Belə olsa, biz asanlıqla qalib gələcəyik”.
Belə taktiki təlimatlandırmadan sonra biz meydan çıxanda əmin idik ki, rəqibə qalib gələcəyik. Qavrdiola mənə topsuz oynamağı öyrədən ilk məşqçidir”.
banner

Oxşar Xəbərlər