• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Pentaqon: “Türkiyənin hava zərbələrindən gec xəbər tutduq” - Video

27.04.17 09:40 604
Pentaqon: “Türkiyənin hava zərbələrindən gec xəbər tutduq” - Video
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrianİraqvə Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib.
APA-nın "Anadolu" agentliyinə istinadən məlumatına görə, Türkiyə Silahlı QüvvələrininİraqvəSuriyaərazisindəPKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onlarıhavahücumu ilə bağlı son anda məlumatlandırıb.
Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: "Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə məlumatlandırma idi”.
Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonunhavahücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb. Amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələriİraqvə Suriyada kürd terror təşkilatlarının hədəflərinəhavazərbələri endirib. Bombardman nəticəsində 70-də çox terrorçunun məhv edildiyi bildirilir.
banner

Oxşar Xəbərlər