• çərşənbə, 24 Aprel, 00:46
  • Baku Bakı 14°C

Pentaqon Rusiyaya xəbərdarlıq etdi

23.08.14 11:48 802
Pentaqon Rusiyaya xəbərdarlıq etdi
APA-nın ABŞ Müdafiə Departamentinin (Pentaqon) rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi Rusiyaya məxsus humanitar yardım daşıyan avtomobil karvanının Ukrayna sərhədini keçməsinə münasibət bildirərkən deyib.
ABŞ hərbi rəsmisi ölkəsinin Rusiya hərbi qüvvələrinin regionda gərginliyi artıracaq istənilən hərəkətini şiddətlə qınadığını bildirib.
“Rusiya humanitar yardım adı altında nəqliyyat vasitələri, personal və yük bağlamalarını Ukraynaya göndərməməli idi. Bu, Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasıdır. Rusiya hökuməti öz personalını Ukraynadan dərhal çıxarmalıdır”, - deyə C. Kirbi vurğulayıb.
banner

Oxşar Xəbərlər