• cümə, 29 Mart, 14:56
  • Baku Bakı 14°C

Pentaqon Rusiyanı suriyalı müxalifətçilərə aviazərbə endirməkdə ittiham edib

17.09.17 09:50 1384
Pentaqon Rusiyanı suriyalı müxalifətçilərə aviazərbə endirməkdə ittiham edib
Rusiyanın Hərbi-Kosmik Qüvvələri (HRQ) "Suriya demokratik qüvvələri"nin (SDQ) mövqelərinə zərbə endirib. Nəticədə müxalifət dəstələrinin üzvləri xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya iddia edir ki, Rusiya qırıcıları Deyr-əz-Zor şəhəri ərazisində yerləşən mövqelərə zərbə endiriblər. Həmçinin qeyd olunur ki, Rusiya HKQ həmin ərazidə SDQ dəstələrinin olduğunu bilib.
"Aviazərbə nəticəsində SDQ-nin bir neçə yaraqlısı xəsarət alıb, onlara tibbi yardım göstərilib", — deyə bəyanatda bildirilir.
banner

Oxşar Xəbərlər