• şənbə, 20 Aprel, 15:07
  • Baku Bakı 23°C

Pentaqon Rusiya helikopterlərinin alınmasında israrlıdır

14.08.14 11:32 1086
Pentaqon Rusiya helikopterlərinin alınmasında israrlıdır
ABŞ Konqresinin etirazına baxmayaraq, Pentaqon rəhbərliyi Əfqanıstandakı missiya üçün Rusiya istehsalı olan hərbi helikopterlərin alınmasında təkid edir
“RİA-Novosti”nin verdiyi məlumata görə, bu barədə “Rosoboroneksport”un direktor müavini İqor Sevastyanov bildirib.
Rusiya tərəfi bundan əvvəl 70 Mi-17b5 helikopterinin ixracatı ilə bağlı ABŞ Müdafiə Nazirliyi ilə üç müqavilə bağlamışdı. “Konqresmenlərin etirazına, müxtəlif əvəzləmələr və Amerika istehsalına üstünlük verilməsinə baxmayaraq, Pentaqonda bizim helikopterlərin alınmasında inadla dayanırlar”, – deyə Sevastyanov qeyd edib. O, həmçinin əlavə edib ki, bir sıra yüksək rütbəli ABŞ hərbçiləri siyasi təzyiq olmadığı halda məmnuniyyətlə ordunu Rusiya texnikası ilə silahlandırmaqda maraqlıdır./apa/
banner

Oxşar Xəbərlər