• cümə, 26 Aprel, 07:34
  • Baku Bakı 12°C

Pentaqon rəhbəri: ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq

24.01.21 11:45 354
Pentaqon rəhbəri: ABŞ Yaponiyanın Çinlə mübahisəli adasını qoruyacaq

Pentaqonun yeni rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Nobuo Kisi arasında telefon danışığı olub.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, L. Ostin yaponiyalı həmkarınaABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.
Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.
Qeyd edək ki, Yaponiyanın "Senkaku”, Çinin ‘Dyaoyuydao” adlandırdıqları ada iki ölkə arasında mübahisə mövzusudur. Yaponiya 1985-ci ildən adanın ona məxsus olduğunu, Çin isə 1783 və 1785-ci ildəki Yaponiya xəritələrində adanın Çin ərazisi kimi göstərildiyini bildirir. İkinci Dünya Müharibəsindən sonra ada ABŞ-ın nəzarətində olub, 1972-ci ilə Yaponiyaya təhvil verilib. Ancaq Çin və Tayvan hesab edir ki, Yaponiya adaya qanunsuz nəzarət edir.
banner

Oxşar Xəbərlər