• cümə axşamı, 18 aprel, 08:33
  • Baku Bakı 12°C

Pentaqon koalisiyanın Suriyaya zərbə endirməsi xəbərini təkzib edib

18.06.18 04:59 616
Pentaqon koalisiyanın Suriyaya zərbə endirməsi xəbərini təkzib edib
Pentaqon ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya zərbə endirdirməsi barədə xəbəri təkzib edib.
Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Pentaqonun nümayəndəsi Edrian Rankayn-Qallouey bildirib.
Pentaqonun nümayəndəsi deyib: "Bu ABŞ-ın və ya koalisiyanın zərbəsi deyil".
Qeyd edək ki, daha əvvəl Suriyanın "Sana" dövlət informasiya agentliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Əbu-Kemal şəhərində Suriya ordusunun mövqeyinə hava zərbələri endirdiyi barədə məlumat yaymışdı.
banner

Oxşar Xəbərlər