• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Pentaqon: Koalisiya İraqda İŞİD yaraqlılarının məhv edilməsinə yaxındır

19.09.17 10:50 562
Pentaqon: Koalisiya İraqda İŞİD yaraqlılarının məhv edilməsinə yaxındır
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqda İŞİD terror qruplaşması yaraqlılarının məhv edilməsinə yaxındır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə komandanı general-leytenant Cefri Harriqian deyib.
"Görün, son bir neçə həftə ərzində necə [İraqda] vəziyyət necə dəyişib. Mosuldan Təl-Afara qədər olan ərazilərdə İŞİD yaraqlıları geri çəkilirlər. Biz güman edirik ki, onlar bir neçə yerdə daldalanmağa başlayacaqlar ki, bu da bizə onları məhv etmək üçün daha yaxşı imkan verəcək", - deyə hərbi həftəlik "Defense News" nəşri onun sözlərini sitat gətirib.
banner

Oxşar Xəbərlər