• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

Pentaqon: İŞİD-in daha bir lideri öldürülüb

17.09.16 11:30 870
Pentaqon: İŞİD-in daha bir lideri öldürülüb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koalisiya qüvvələrininhavahücumları nəticəsində Suriyada İŞİD-in əsas liderlərindən birinin öldürüldüyünü açıqlayıb.Pentaqon sözçüsü Peter Cook yazılı açıqlmasında bildirib ki, İŞİD-in "informasiya naziri", "Dr. Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayad Rakka yaxınlığında öldürülüb."Dr.Vail İŞİD-in işgəncə və edamlarının əks olunduğu videoların hazırlanması və yayılmasına cavabdeh şəxs olub. Bundan başqa, o, İŞİD-in Yüksək Şurasının da üzvü idi. Dr.Vail sentyabrın 7-də öldürülüb", - deyə sözçü bildirib.
Qeyd edək ki, İŞİD Rakkanı "paytaxt" elan edib.Xatırladaq ki, Pentaqon bundan əvvəl İŞİD-in sözçüsü Məhəmməd Əl Adnaninin avqustun 30-da Suriyanın şimalında həyata keçirilənhavahücumları nəticəsində öldürüldüyünü açıqlamışdı.
banner

Oxşar Xəbərlər